Bu gün ABŞ-da Konqresin aralıq seçkiləri keçirilir
Bu gün ABŞ-da Konqresin aralıq seçkiləri keçirilir. Seçkilərin nəticələri Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək. Hazırda həm Nümayəndələr Palatasında, həm də Senatda demokratlar əksəriyyəti statusuna malikdirlər.
Son məlumatlara görə, Amerika Birləşmiş Ştatlarında ilkin səsvermə prosedurundan 35 milyondan çox insan yararlanıb.
ABŞ vətəndaşları 435 nəfərdən ibarət Nümayəndələr Palatasının tam tərkibini və Senatın 35 üzvünü seçirlər. Bundan əlavə, 36 ştatda qubernatorlar seçiləcək.
ABŞ-ın 50 ştatının hər biri Senatda altı il müddətinə seçilən iki senatorla təmsil olunur. Nümayəndələr Palatasının üzvlərinin mandatı iki illikdir və daha kiçik vilayətləri təmsil edirlər.