Bu gün 2025-ci il Uşaq Avroviziyasının final şousu keçiriləcək — saat 20:00-dan birbaşa yayım Birinci Kanalda
Bu gün 2025-ci il Uşaq Avroviziyasının final şousu keçiriləcək — saat 20:00-dan birbaşa yayım Birinci Kanalda

Gürcüstan 2025-ci il Uşaq Avroviziya mahnı müsabiqəsinə ev sahibliyi edir – final şousu bu gün, dekabrın 13-də saat 20:00-da baş tutacaq.

Final şousunun birbaşa yayımını tədbirin ev sahibi Gürcüstanın İctimai Yayımçısı təqdim edəcək.

Avropanın ən nüfuzlu uşaq müsabiqəsinin finalında 18 Avropa ölkəsindən nümayəndələr, o cümlədən Gürcüstan təmsilçisi – “Ranina”nın qalibi Anita Abqariani iştirak edəcək.

2025-ci il Uşaq Avroviziyasında Gürcüstan nümayəndəsinə onlayn səsvermə Gürcüstandan və dünyanın istənilən ölkəsindən mümkündür.

Siz jesc.tv saytında səs verə bilərsiniz. Bunun üçün qısa video kollajı izləmək, Gürcüstanı və daha iki istənilən ölkəni seçmək, sonda isə səsvermə düyməsinə basmaq lazımdır. Bundan sonra sadə riyazi əməliyyatı yerinə yetirəcəksiniz (məsələn, 1+2; 4−3) və təsdiq düyməsinə basacaqsınız.

Səsvermə müvəqqəti olaraq bu gün, Tbilisi vaxtı ilə saat 20:00-da, müsabiqənin canlı yayımı başlayacağı vaxt başa çatacaq. On səkkiz iştirakçının çıxışından sonra səsvermə 15 dəqiqə davam edəcək və bu müddət ərzində siz ikinci dəfə də səs verə biləcəksiniz.

Gürcüstan Uşaq Avroviziya Mahnı Müsabiqəsinin tarixində ən uğurlu ölkədir və dörd dəfə müsabiqənin qalibi olub. Gürcüstan müsabiqəyə kinci dəfə ev sahibliyi edir — bu dəfə 2024-cü il Uşaq Avroviziyasında Andria Putkaradzenin qələbəsindən sonra.