Brüsseldə Nikol Paşinyan və İlham Əliyevin görüşü keçirilir

16:29, 31.08.2022

 

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Danışıqlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılır və onun özü də həmçinin görüşdə iştirak edir.

Xatırladaq ki, Brüsseldə daha əvvəl oxşar formatda üç dəfə görüş baş tutub.

İlk danışıqlar 2021-ci ilin dekabrında, ikinci görüş 2022-ci ilin aprelində, üçüncü görüş isə 2022-ci ilin mayında keçirilib.

Oxşar