Brüsseldə, NATO-nun qərargahında, Gürcüstanın iştirakı ilə NATO-nun hərbi komitəsinin iclası keçirildi
Brüsseldə, NATO-nun qərargahında, Gürcüstanın iştirakı ilə NATO-nun hərbi komitəsinin iclası müdafiə qüvvələrinin rəhbərlərinin səviyyəsində keçirildi.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, iclasda Gürcüstan Müdafiə Qüvvələrinin nümayəndə heyəti, general-leytenant Qiorqi Matiaşvilinin rəhbərliyi ilə iştirak etdi.
“NATO-Gürcüstan formatında keçirilən görüşdə NATO ilə hərbi əməkdaşlığın prioritet istiqamətləri, əməkdaşlıq nəticələri və gələcək planları müzakirə olundu. Səfər çərçivəsində general-leytenant Qiorqi Matiaşvili NATO-nun hərbi komitəsinin sədri ilə, həmçinin Macarıstan, İtaliya, Slovakiya və Türkiyə müdafiə qüvvələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirdi,” – Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilib.