Brüsseldə NATO ministerialında aspirant ölkələrin nail olduqları tərəqqi müzakirə ediləcək
Brüsseldə NATO ministerialında aspirant ölkələrin nail olduqları tərəqqi müzakirə ediləcək

Bugün NATO-nun üzv ölkələrinin Xarici İşlər Nazirləri yığılacaqlar.

Ministerialda Diplomatlar təşkilatın açıq qapı siyasəti ilə tanış olacaqlar və aspirant ölkələrin əldə etdikləri nailiyyətləri müzakirə edəcəklər.

Şimali-Atlantika təşkilatının üzvləri Gürcüstan, Bosniya-Herseqovina və Makedoniya haqqında müzakirə aparacaqlar. Aspirantlar siyahısına Ukrayna da daxil edildi, ancaq aprel ayının ministerialında Ukrayna müzakirə edilməyəcək.

Aspirant ölkələrin hesabatlarını NATO baş katibinin xüsusi nümayəndəsi dəyərləndirdi.

Bugünki görüş NATO-nun iyulda keçiriləcək olan sammitinə hazırlıq mərhələsi olacaq.

Birinci Kanala verdiyi müsahibə zamanı, NATO baş katibinin xüsusi nümayəndəsi Ceyms Appaturai bəyan etdi ki, sammitə Gürcüstan da dəvət edilib və sammit çərçivəsində NATO-Gürcüstan komissiyasının iclası keçiriləcək.