Brüsseldə avqustun 31-də İlham Əliyev və Nikol Paşinyanın görüşü keçiriləcək

20:07, 25.08.2022

 

Avqustun 31-də Azərbaycan və Ermənistanın liderləri Brüsseldə görüşəcəklər. Hər iki tərəf məlumatı təsdiqləyir.

Ermənistan hökumətində bildirildiyi üzrə, “Nikol Paşinyanla İlham Əliyev arasında keçiriləcək görüşün gündəliyinə əvvəllər müzakirə olunan məsələlər daxildir”.

Azərbaycan mətbuatı görüşün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcəyini bildirir.

Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə mayın 21-də Brüsseldə görüşüblər.

Oxşar