Britaniyada yaş salfetləri qadağan etmək istəyirlər
Britaniyada yaş salfetləri qadağan etmək istəyirlər

Britaniyada olabilsin ki, yaş salfetlər qadağan edilə.

Bu barədə məlumatı BBC yayır.

Britaniya iqtidarının bu təşəbbüsü plastmas qalıntılarının likvidasiyası çərçivəsində həyata keçiriləcək.

Yayılan məlumata görə, bir dəfəlik istifadə üçün nəzərdə tutulan salfetlərin tərkibində elə bir plastmass var, hansı ki, çox çətin əriyir və onun yox olması üçün illər lazımdır.

İstehsalçılar elə salfetlər hazırlamalıdırlar, hansının tərkibində plastmass qarışığı olmayacaq.

Əks təqdirdə yaş salfetlər Britaniya bazarından qaldırılacaq.

Britaniyanın baş naziri Tereza Meyin hazırladığı plana əsasən, 2042-ci ilə qədər Böyük Britaniyada plastmass istehsalı tamamilə aradan qaldırılmalıdır.