Britaniyada koronavirusun iki halı aşkarlandı
Britaniyada koronavirusun iki halı aşkarlandı

Böyük Britaniyada koronavirusun iki halı aşkarlandı.

BBC-nin məlumatına görə, infeksiyaya yoluxan insanlar bir ailənin üzvləridilər.

Britaniya iqtidarının səhiyyə məsələləri üzrə müşaviri, professor Kris Viti qeyd edir ki, xəstəliyin yayılmasının prevensiyası məqsədi ilə, həkimlər xəstələnmiş pasientlərin son zamanlar kimlərlə ünsiyyətdə olduqlarını öyrənməyə çalışırlar.

Pasientlərin harda yerləşdirildiyi barədə səhiyyə departamenti heç bir məlumat yaymır.

Bununla yanaşı, Çində infeksiyadan ölənlərin sayı artıq 213-dür.

Dünyanın 18 ölkəsində isə, koronavirusdan 98 nəfər həyataını itirib.