Britaniya Suriya prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

15:55, 07.11.2025

Böyük Britaniya Suriya prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib. Bu barədə „Reuters” yazır.

Böyük Britaniyanın bu qərarı BMT Təhlükəsizlik Şurasının Suriya prezidenti Əhməd əl-Şaraa və daxili işlər naziri Ənəs Xəttaba qarşı sanksiyaları ləğv etməsindən sonra verilib.

Məlumat üçün bildirək ki, Əhməd əl-Şaraa gələn həftə ABŞ-a rəsmi səfər edəcək və orada Donald Trampla görüşəcək.

Oxşar