Britaniya mətbuatı- B.Britaniyanın keçmiş baş naziri Boris Conson “Mühafizəkarlar Partiyası”nın liderini seçmək üçün marafonda iştirak edə bilər
B.Britaniyanın keçmiş baş naziri Boris Conson Britaniyanın “Mühafizəkarlar Partiyası”nın liderini seçmək üçün marafonda iştirak edə bilər.
Britaniyanın “The Times” və “Daily Telegraph” nəşrləri bu ilin iyulunda qalmaqallardan sonra “Mühafizəkarlar Partiyası”nın lideri vəzifəsini tərk edən Boris Consonun ən yüksək vəzifəni tutmağa hazırlaşdığını yazır.
Britaniya mətbuatı Consonun bunu “milli əhəmiyyətli” məsələ hesab etdiyinə dair məlumat yayır.
Liderin seçilməsi üçün dəqiq qaydalar hələ məlum deyil. Mühafizəkarların bir namizədlə razılaşa biləcəyinə dair məlumat yayılır.
Böyük Britaniyanın baş naziri Liz Trass bu gün istefa verdiyini açıqlayıb.
Onun qeyd etdiyi üzrə: “Etiraf edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq, “Mühafizəkarlar Partiyası”nın məni seçdiyi mandatı yerinə yetirə bilmərəm.