Britaniya “Lukoil”in Avstriyadakı törəmə şirkətinin dondurulmuş hesablarına vəsait köçürülməsi ilə bağlı məhdudiyyətləri ləğv edib

20:43, 19.06.2026

Böyük Britaniya “Lukoil”in Avstriyadakı törəmə şirkətinin dondurulmuş hesablarına vəsait köçürülməsi ilə bağlı məhdudiyyətləri ləğv edib.

Britaniya şirkətləri artıq “Lukoil International”ın aktiv hesablarına vəsait köçürə bilirlər. Eyni zamanda, bu dəyişiklik vəsaitlərin təsisçi Rusiya şirkətinə geri qaytarılmasını nəzərdə tutmur.

Böyük Britaniya hökumətinin bəyanatında bu dəyişikliklərin məhz hansı səbəbdən qüvvəyə mindiyi dəqiqləşdirilmir. “Lukoil”in Avstriyadakı törəmə şirkəti ilə pul köçürmələrini davam etdirməyə imkan verən lisenziya ötən ilin payızında qüvvəyə minib və onun müddəti avqustun 25-də başa çatır.

Oxşar