Britaniya kraliçası II Elizabet vəfat edib
Birləşmiş Krallığın kraliçası II Elizabet vəfat edib. Məlumatı kral ailəsi yayır.
Kraliça II Elizabet 1926-cı ilin fevralın 6-da York hersoqu Corc və həyat yoldaşı Elizabetin ailəsində anadan olub. Elizabet sarayda təhsil alıb. Atası 1937-ci ildə taxta çıxıb və Elizabet onun varisi olub.
Elizabet 1947-ci ildə Şahzadə Filiplə evlənib və bu evlilikdən onun dörd övladı var: Çarlz, Ann, Endryu və Edvard.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığını idarə edən kraliça və dövlət başçısı 1952-ci ilin fevralın 6-da taxta çıxıb və 1953-cü ilin iyunun 2-də tac geyinib.