Britaniya xüsusi kəşfiyyatının hesabatında Rusiyanın döyüş sursatlarının tükənmək üzrə olduğu deyilir

13:56, 11.10.2022

 

Britaniya xüsusi kəşfiyyatının hesabatında Rusiyanın döyüş sursatlarının tükənmək üzrə olduğu deyilir.

” Təbliğat maşınının danışdığı Rusiyanın gözlənilən hərbi qələbəsi hələ uzaqdadır və aydındır ki, Ukraynanın döyüş meydanında və kiberməkanda cəsarətli hərəkətləri vəziyyəti dəyişib” – deyə Britaniya Hökumətinin Kommunikasiya Mərkəzinin rəhbəri Ceremi Fleminq açıqlayıb.

Paralel olaraq, Britaniyanın Müdafiə Nazirliyi gündəlik hesabatında general Sergey Surovikinin Ukraynaya təcavüz edən Rusiya qüvvələrinin komandanı təyin edilməsinin əməliyyatın aparılmasını yaxşılaşdırmaq məqsədinə xidmət etdiyini yazır, lakin, o Rusiya Müdafiə Nazirliyinin “bölünmüş və zəif resursları ” ilə müqavimətlə üzləşə bilər.

Oxşar