Britaniya kəşfiyyatının rəhbəri – Vladimir Putin Ukrayna və Qərblə informasiya müharibəsində tamamilə məğlub olub
Vladimir Putin Ukrayna və Qərblə informasiya müharibəsində tamamilə məğlub olub-bu barədə Britaniya kəşfiyyatının rəhbəri Ceremi Fleminq bildirib.
“Müdaxilədən yarım il sonra Ukraynada təkcə ölkəni fiziki olaraq ələ keçirmək cəhdinin deyil, həm də virtual hücum planının dəfn edildiyi bizə aydındır”- deyə Fleminq bildirib.
Ceremi Fleminq həm Rusiyanın, həm də Ukraynanın kiberhücumlar həyata keçirməsinə və bu fürsətdən öz məqsədlərinə çatmaq üçün istifadə etməsinə diqqət çəkir.
“Prezident Putin Ukraynada və Qərbdə informasiya müharibəsində tamamilə məğlub oldu. Bu, sevindirici səbəb olsa da, biz rus təbliğatçıların dünyanın müxtəlif ölkələrində necə işlədiyini qiymətləndirməməliyik”- deyə Fleminq bildirib.