Britaniya kəşfiyyatı Vladimir Putinin sentyabrın 30-da Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini elan edə biləcəyinə dair məlumat yayır

11:03, 27.09.2022

 

Britaniya kəşfiyyatı Vladimir Putinin sentyabrın 30-da Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini elan edə biləcəyinə dair məlumat yayır. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin gündəlik icmalında deyilir.

Sentyabrın 30-da Rusiya prezidentinin parlamentin hər iki palatasında çıxışı planlaşdırılır. Hazırda Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojie vilayətlərində Rusiyaya birləşmək haqqında bu gün başa çatmalı olan qondarma “referendumlar” keçirilir .

Bununla yanaşı, Rusiyanın “Vedomosti” nəşri yazır ki, Rusiya hakimiyyəti Krım yarımadasının da daxil olacağı , Ukraynanın işğal olunmuş ərazilərini özündə birləşdirəcək yeni “vilayət” yaratmağı planlaşdırır. Nəşrin məlumatına görə, keçmiş vitse baş nazir, “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin adıçəkilən “vilayət”də Rusiya prezidentinin nümayəndəsi təyin oluna bilər.

Ukrayna və onun qərb tərəfdaşları işğal olunmuş ərazilərdə davam edən qondarma “referendumlar” ı qanunsuz sayır və onların nəticələrini tanımır.

Oxşar