Britaniya kəşfiyyatı – Vladimir Putinin ordunun artırılması ilə bağlı bəyanatı uzunmüddətli fəaliyyətə hazırlıqdan xəbər verir

14:20, 23.12.2022

 

Putinin ordunun artırılması ilə bağlı bəyanatı uzunmüddətli fəaliyyətə hazırlıqdan xəbər verir- bu barədə Britaniya kəşfiyyatının gündəlik hesabatında qeyd olunub.

Hesabata əsasən Ukraynada qüvvələrinin misli görünməmiş təzyiq altında olduğu bir vaxtda Rusiyanın ordusunu 1,5 milyona çatdırmaq üçün yeni çağırışçıları necə tapacağı hələ məlum deyil.

“Bu səviyyəyə nə vaxt çatacağı məlum deyil. Rusiyanın müdafiə naziri Serqey Şoyqu açıqladı ki, genişləndirmə Rusiyanın şimal-qərbində ən azı iki briqadanı əhatə edəcək ki, bu da bir diviziya ölçüsünə qədər artacaq. O, Finlandiya və İsveçin NATO-ya daxil olmasının mümkün təhlükəsindən danışıb”-deyə Britaniya kəşfiyyatının hesabatında deyilir.

Rusiyanın müdafiə naziri Serqey Şoyqu bir neçə gün əvvəl Rusiya Federasiyasının hərbi təhlükəsizliyini təmin etmək üçün silahlı qüvvələrin sayını bir milyon yarım əsgərə çatdırmağın lazım olduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi vətəndaşların hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə 18-dən 21-ə, maksimum yaş həddinin isə 30-a qədər artırılması təşəbbüsü ilə çıxış edib.

Oxşar