Britaniya Hərbi Kəşfiyyatı Ukraynanın Xerson vilayətində həyata keçirdiyi əks-hücumu qiymətləndirib

12:54, 30.08.2022

 

Britaniya Hərbi Kəşfiyyatı Ukraynanın Xerson vilayətində həyata keçirdiyi əks-hücumu qiymətləndirir. Britaniya kəşfiyyatında, avqustun 29-u səhər saatlarından etibarən Ukrayna Silahlı Qüvvələrinin bir neçə briqadasının Ukraynanın cənub cəbhəsində artilleriya bombardmanını gücləndirdiyi və uzaq mənzildən dəqiq zərbələrin Rusiya qoşunlarının doldurulmasına maneəçilik törətdiyi bildirilir.

“Ukraynanın nailiyyətlərinin miqyasını hələlik təsdiqləmək mümkün deyil” -deyə kəşfiyyatın icmalında deyilir.

Kəşfiyyat orqanı avqustun əvvəlindən Rusiyanın Xerson bölgəsində Dnepr çayının qərb sahilində yerləşən öz qüvvələrini gücləndirmək üçün əhəmiyyətli səylər göstərdiyini bildirir.

“Cənub Hərbi Dairəsinin 49-cu Silahlı Ordusu ehtimal ki Şərq Hərbi Dairəsinin 35-ci Birləşmiş Ordusunun tərkibi ilə gücləndirilib. Xerson ətrafındakı əksər bölmələr çox güman ki, qeyri-kafi qüvvə ilə təchiz olunub və Dnepr üzərindən bərə və ponton körpüləri vasitəsilə qeyri-sabit təchizat xətlərindən asılıdır. Cənub Hərbi Dairəsinin və Şərq Hərbi Dairəsinin bölmələrinin bu cür inteqrasiyası Ukraynada Rusiya qüvvələrinin əhəmiyyətli dərəcədə yenidən təşkil olunmasından xəbər verir” – deyə icmalda deyilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın işğalın əvvəlində uğursuzluğuna görə məsuliyyət daşıyan bir neçə yarı müstəqil əməliyyat komandanlığının idarə edilməsini təkmilləşdirməsi ehtimalı güclüdür.

“Ukrayna uzunmüddətli əks-hücum əməliyyatlarına başlamağa müvəffəq olarsa, bu strukturun birliyi çox güman ki, Rusiyanın cənubdakı müdafiəsinin sabitliyi üçün əsas amil olacaq” – deyə Britaniya kəşfiyyatının hesabatında deyilir.

Oxşar