Braziliyada güclü yağış nəticəsində azı altı nəfər həlak olub, minlərlə insan təxliyə edilib
Braziliyada güclü yağış nəticəsində azı altı nəfər həlak olub, minlərlə insan təxliyə edilib

Braziliyada güclü yağış nəticəsində azı altı nəfər həlak olub, minlərlə insan təxliyə edilib, – bu barədə “Reuters” agentliyi yazır.

Son 48 saat ərzində Braziliyanın şimal-şərq bölgəsində güclü yağış daşqınlara və torpaq sürüşməsinə səbəb olub.

Təbii fəlakət xüsusilə Pernambuko və Paraiba ştatlarına təsir edib.

Pernambukoda güclü yağıntı nəticəsində daşqın və sürüşmə ştatın paytaxtı Resife və ətraf ərazilərdə qeydə alınıb.

Rəsmi göstəricilərə görə, Resifedə iki nəfər, yaxınlıqdakı Olinda şəhərində isə iki nəfər həlak olub, təxminən 1 500 nəfər isə evsiz qalıb. Paraiba ştatında iki nəfər həlak olub, təbii fəlakət nəticəsində isə təxminən 1 800 nəfər zərər çəkib.

Braziliya hökumətinin məlumatına görə, bölgədə ən yüksək fövqəladə hazırlıq səviyyəsi elan edilib. Hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa çağırır.