Braziliyada “Böyük iyirmilik” sammiti açılıb

21:52, 18.11.2024

Braziliyada “Böyük iyirmilik” sammiti açılıb. Dünyanın ən böyük iqtisadiyyatı olan ölkələrin liderləri iki gün ərzində ticarət, iqlim dəyişiklikləri və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Tədbirin açılışında Braziliya prezidenti Luiz İnasio Lula da Silva iqlim dəyişikliklərinin dağıdıcı təsirinə diqqət çəkdi və dünya liderlərini qlobal istiləşmə və yoxsulluğun aradan qaldırılması üçün hərəkətə keçməyə çağırıb.

Bu məqsədlə Braziliya Prezidenti Afrika İttifaqının və Avropa İttifaqının 81 ölkəsinin, beynəlxalq təşkilatların, məhz qeyd olunan problemlərin aradan qaldırılması üçün əlaqələndirilmiş səyi birləşdirən Bill və Melinda Qeytslər Fondunun dəstəklədiyi qlobal alyansı təqdim edib.

Oxşar