Braziliya, Meksika və İspaniya hökumətləri Kubaya humanitar yardım göndərmək barədə razılığa gəliblər
Braziliya, Meksika və İspaniya Kubaya humanitar yardım göndərəcəklər.
“Reuters” agentliyinin məlumatına görə, sözügedən ölkələrin hökumətləri ABŞ-ın Karib adasındakı blokadasının nəticələrini yüngülləşdirmək üçün əlaqələndirilmiş yardım göstərmək barədə razılığa gəliblər.
Birgə bəyanatda hər üç ölkə səmimi dialoqa çağırışla çıxış edib və qeyd edib ki, Kuba xalqı öz gələcəyini müstəqil şəkildə müəyyən edə bilməlidir.
“Reuters” agentliyinin məlumatına görə, birgə bəyanat Barselonada keçirilən beynəlxalq sammit çərçivəsində İspaniya Baş naziri Pedro Sançesin Braziliya Prezidenti Luis İnasio Lula da Silva və Meksika Prezidenti Klaudiya Şeynbaumu qəbul etməsindən sonra verilib.
Məlumat üçün bildirək ki, Venesuela Kuba üçün neftin əsas təchizatçısı olub. ABŞ-ın Venesuela tankerlərini blokadaya almasından sonra ölkəyə Venesuela neftinin tədarükü dayandırıldı. Bununla yanaşı, ölkədə elektrik enerjisi və ərzaq çatışmazlığı kəskin şəkildə ortaya çıxıb.