Bratislavada baş nazir Robert Fitsonun Vladimir Putinlə görüşünə etiraz ediblər
Bratislavada hökumət əleyhinə nümayiş keçirilib. Slovakiyanın baş naziri Robert Fitsonun Moskvada Vladimir Putinlə görüşünə bir neçə min insan etiraz edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayır.
Aksiya iştirakçıları Fitsonu xain adlandırırdılar. Nümayişçilərdən bəzilərinin əlində “Bu, mənim baş nazirim deyil” yazılmış plakatlar olub.
Etiraz aksiyasında Slovakiyanın sabiq baş naziri Eduard Heqer çıxış edib.
Robert Fitso və Vladimir Putin arasında görüş dünən Kremldə keçirilib.