Böyük Britaniyanın müdafiə naziri bildirir ki, müttəfiqlərin Ukraynanı silahlandırmaq və Rusiya prezidentini danışıqlar masasına gətirmək üçün 50 günü var
Böyük Britaniyanın müdafiə naziri bildirir ki, müttəfiqlərin Ukraynanı silahlandırmaq və Rusiya prezidentini danışıqlar masasına gətirmək üçün 50 günü var

Ukraynanı silahlandırmaq üçün 50 gün – Böyük Britaniyanın müdafiə naziri Con Hili ABŞ prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında atəşkəs üçün elan etdiyi 50 günlük müddətə belə münasibət bildirib.

Hilinin dediyinə görə, müttəfiqlərin Ukraynanı silahlandırmaq və Rusiya prezidentini danışıqlar masasına gətirmək üçün 50 günü var.

Ukraynanın Müdafiə üzrə Əlaqə Qrupunun “Ramştayn” görüşündə Böyük Britaniyanın müdafiə naziri vurğuladı ki, Qərb bu müddətdən Ukraynaya daha çox dəstək vermək üçün istifadə etməlidir.

“Hava hücumundan müdafiə məsələlərində mən və Boris Pistorius Ukrayna üçün həyati əhəmiyyət daşıyan hava hücumundan müdafiə raketlərinin tədarükü ilə bağlı əməkdaşlıq edəcəyimiz barədə razılığa gəldik. Həmçinin, NATO-nun hərtərəfli yardım paketi ilə əlaqədar Böyük Britaniya əlavə olaraq 40 milyon funt sterlinq ayıracaq”, – Hili Bildirib.