Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinin məlumatına görə, Qırmızı dənizdə yük gəmisinə hücum həyata keçirilib
Qırmızı dənizdə yük gəmisinə hücum həyata keçirilib. Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) bildirib ki, gəmi Yəmənin əsas liman şəhəri olan Əl-Hüdeydə sahillərində “naməlum silahlı hücumçular” tərəfindən hücuma məruz qaldığını bildirən həyəcan siqnalı göndərib.
“Gəmilərə ehtiyatla hərəkət etmələrini və hər hansı şübhəli fəaliyyət barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzinə məlumat vermələrini tövsiyə edirik”, – təşkilatın bəyanatında qeyd olunub.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Qırmızı dənizə nəzarət edən Yəmənli şiə “husiləri” bölgədə gəmilərə qarşı hücumlara 2023-cü ildə başlayıblar, lakin ondan bəri bu hücumlar dayandırılıb. ABŞ Dövlət Departamenti “husiləri” terror təşkilatı elan edib.