Böyük Britaniyanın baş naziri Liz Trass istefa verib

17:09, 20.10.2022

 

Böyük Britaniyanın baş naziri Liz Trass 44 günlük idarəçilikdən sonra istefa verib. Məlumatı “BBC” yayır.

Mətbuat Britaniyada siyasi böhranın artıq bir neçə həftədir ki, davam etdiyini yazır.

Müxaliflər Liz Trassı iqtisadi böhranı gərginləşdirməkdə ittiham ediblər. Mətbuatda yayılan xəbərlərdə Trassın təklif etdiyi dəyişikliklərin, vergilərin azaldılmasının Britaniyanın iqtisadi birjalarında dalğalanmalara səbəb olduğu, funt sterlinqin dəyərinin aşağı düşdüyü deyilir. Mətbuat yaranan problemlərə görə Trassın buraxdığı səhvləri ictimaiyyət qarşısında etiraf etdiyini və problemlərin həlli üçün maliyyə nazirini dəyişdiyini yazır.

Oxşar