Böyük Britaniyada keçmiş yüksək rütbəli məmur, mühafizəkar siyasətçi Enn Uiddikomb qətlə yetirilib, qətldə şübhəli bilinən şəxs saxlanılıb
Böyük Britaniyada keçmiş yüksək rütbəli məmur, „Böyük Britaniya üçün İslahat“ partiyasının üzvü Enn Uiddikomb qətlə yetirilib. Bu barədə “Reuters” məlumat yayır.
Medianın yazdığına görə, Uiddikomb öz evində dünyasını dəyişmiş halda tapılıb, onun bədənində çoxsaylı ağır xəsarətlər aşkar edilib.
Polisin məlumatına görə, hücum edən şəxs Nyuton Abotda, Uiddikombun evindən təxminən 15 kilometr uzaqlıqda saxlanılan 26 yaşlı britaniyalı kişidir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda qətlin terrorizmlə bağlı olduğu barədə heç bir məlumat yoxdur.
Məlumat üçün bildirək ki, Enn Uiddikomb mühafizəkar siyasətçi olub. O, Britaniya Mühafizəkarlar Partiyasının üzvü olub və 1987–2010-cu illərdə Britaniya Parlamenti üzvü vəzifəsini tuturdu. O, 2023-cü ildən sağçı “Böyük Britaniyanın İslahatı” partiyasına qoşulub. Uiddikomb “Brexit”i aktiv şəkildə dəstəkləyirdi.