Bu gün Böyük Britaniyada ABŞ, Ukrayna və avropalı tərəfdaşların görüşü keçiriləcək
Bu gün Böyük Britaniyada ABŞ, Ukrayna və avropalı tərəfdaşların görüşü keçiriləcək.
“BBC”nin yazdığına görə, görüşə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemi və ABŞ-ın vitse-prezidenti Cey Di Vens rəhbərlik edəcək.
Görüş hazırda Cey Di Vens və ailəsinin qaldığı, Böyük Britaniyanın xarici işlər nazirinin rəsmi iqamətgahı olan Kentdə keçiriləcək.
Böyük Britaniyanın Baş nazirinin mətbuat katibinin bildirdiyinə görə, Kir Starmer bu gün səhər Volodimir Zelenski ilə mümkün görüşü müzakirə edib.
“Bu həyati əhəmiyyətə malik forum, ədalətli və davamlı sülhün təmin edilməsi istiqamətində irəliləyişi müzakirə etmək üçün bir platforma olacaq. Hər iki lider Prezident Trampın bu müharibəni bitirmək istəyini təqdir edib”, – deyə mətbuat katibi bildirib.