Böyük Britaniyada, Bristol şəhərində yerləşən yaşayış evində baş verən partlayış nəticəsində iki nəfər həyatını itirib

17:22, 03.05.2026
Detail of a Metropolitan Police car in the UK

Detail of a Metropolitan Police car in the UK

Böyük Britaniyanın Bristol şəhərində yerləşən yaşayış evlərindən birində partlayış baş verib, nəticədə iki nəfər həlak olub. Bu barədə “Reuters” yazır.

Polis hadisəni “şübhəli” adlandırıb və şəhərdə “genişmiqyaslı fövqəladə vəziyyət” elan edib.

Hazırda hadisə yerində istintaq hərəkətləri davam etdirilir. Ətrafdakı evlərdən sakinlərin təxliyəsi həyata keçirilib. Polis şəhərin başqa bir rayonunda da istintaq tədbirləri aparır, həmin ərazinin bu hadisə ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Hazırda əlavə məlumatlar açıqlanmır.

Oxşar