Böyük Britaniya və İrlandiyada “Klaudiya” qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib
Böyük Britaniya və İrlandiyada “Klaudiya” qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib

Böyük Britaniya və İrlandiyada “Klaudiya” qasırğası səbəbindən fövqəladə vəziyyət elan edildi. Sinoptiklər bildirirlər ki, yenidən güclü yağış və daşqın gözlənilir. Bu barədə “The Guardian” məlumat yayır.

Uelsin Təbii Sərvətlər Agentliyi dörd bölgədə şiddətli daşqın xəbərdarlığı elan etdi, bu da insanların həyatının risk altında olduğunu göstərir.

Cənubi Uelsdə ekipajlar polis, təcili yardım xidmətləri, xilasedicilər və sahil mühafizəsi ilə birlikdə evakuasiyanı həyata keçirmək üçün işləyirlər.

“Bizim ekipajlarımız gecə ərzində işləyirdilər və bu gün də zərərçəkənlərə kömək etməyə davam edirlər”,  – yanğınsöndürmə xidmətinin nümayəndəsi qeyd edib.

Qasırğa həm dəmir yolu, həm də avtomobil hərəkətində problemlər yaratdı. İrlandiyada minlərlə ev elektrik enerjisiz qaldı.