Böyük Britaniya Rusiyanın “Şimal Donanması”na qarşı yeni sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiyanın “Şimal Donanması”na qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Böyük Britaniya hökumətinin yaydığı bəyanatda qeyd olunub.
Yeni sanksiyalar Rusiyanın neftin nəqli və satışından əldə etdiyi gəlirləri məhdudlaşdırmaq məqsədi daşıyır. Böyük Britaniya hökumətinin yaydığı bəyanatda qeyd olunduğu kimi, 2024-cü ilin əvvəlindən 24 milyard dollar dəyərində Rusiya neftini qeyri-qanuni yolla daşıyan 135 neft tankeri hədəfdədir.
Bundan başqa, Britaniyanın sanksiyaları “Şimal donanması”na məxsus gəmilərin qeydiyyatında olan iki şirkətə də şamil olunacaq. Onlardan biri Rusiyanın “Lukoil” neft şirkəti ilə bağlıdır.
“Yeni sanksiyalar Putinin “Şimal donanması” daha bir zərbə vuracaq və Rusiyanı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi mühüm neft gəlirlərindən məhrum edəcək”, – Britaniyanın xarici işlər naziri Devid Lemi qeyd edib.