Böyük Britaniya ABŞ-dakı səfir vəzifəsindən azad edildikdən sonra Mandelsona ödənilən kompensasiyanı nəzərdən keçirəcək, o, aldığı kompensasiyanı geri qaytarmalı ola bilər
Britaniya Xarici İşlər Nazirliyi ABŞ-dakı səfir vəzifəsindən azad edildikdən sonra Mandelsona ödənilən kompensasiyanı nəzərdən keçirəcək. Bu barədə “BBC” yazır.
Mənbələrin dediyinə görə, kompensasiyanın nəzərdən keçirilməsinə Britaniyanın ABŞ-dakı səfirinin Ceffri Epşteynlə əlaqələri barədə məlumatların aşkarlanmasından sonra başlanılıb.
“BBC”nin yazdığına görə, Mandelson 2025-ci ilin sentyabr ayında vəzifədən azad edildikdən sonra təxminən 40.000 funt sterlinq kompensasiya alıb. İndi Mandelson bu kompensasiyanı geri ödəməli ola bilər.
Hazırda Piter Mandelsonla bağlı istintaq aparılır. İstintaq çərçivəsində, polis dünən Mandelsonun evlərində axtarış keçirib.