Böyük Britaniya, İspaniya və Niderland monarxları Mixeil Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edirlər
Böyük Britaniya, İspaniya və Niderland monarxları Mixeil Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edirlər

Böyük Britaniya, İspaniya və Niderland monarxları Gürcüstan prezidenti Mixeil Ğavelaşvilini ölkənin Müstəqillik Günü münasibətilə təbrik edirlər. Bu barədə prezident administrasiyası məlumat yayır.

Böyük Britaniya Kralı III Çarlz təbrik məktubunda Gürcüstan vətəndaşlarına sülh, firavanlıq və uğurlar arzulayır.

“Həyat yoldaşımla birlikdə sizi və gürcü xalqını bu möhüm gün münasibətilə ürəkdən təbrik edirəm. Ümid edirəm ki, ölkələrimiz arasında dostluq və möhkəm tərəfdaşlıq gələcəkdə də davam edəcək və dərinləşəcək. Gürcüstanın hər bir vətəndaşına sülh, firavanlıq və uğur arzulamaq bizim ailəmiz üçün şərəfdir”, – III Çarlzın təbrik məktubunda deyilib.

İspaniya kralı Filip Mixeil Ğavelaşviliyə şəxsi rifah, Gürcüstan əhalinə isə sülh və tərəqqi arzulayır.

Kral Felipenin təbrik məktubunda deyilir: “Gürcüstanın Milli Günü münasibətilə Sizə İspaniya hökumətinin və xalqının salamlarını çatdırmaq istərdim. Cənab Prezident, şəxsi rifahınızla yanaşı, Gürcüstanın əziz xalqının sülhü və tərəqqisi naminə ən səmimi arzularımı qəbul edin”, – bu barədə Kral Filipin təbrik məktubunda deyilib.

Niderland Kralı Villem-Aleksandr Klaus Qeorq Ferdinand Gürcüstan əhalisinin rifahı üçün Mixeil Ğvelaşviliyə ən xoş arzularını çatdırıb.

“Gürcüstanın milli bayramı münasibətilə Gürcüstan xalqının rifahı üçün ən xoş arzularımı qəbul edin”, – Niderland Kralının təbrik məktubunda deyilib.