Böyük Britaniya, İspaniya və Fransa meşə yanğınları ilə bağlı bəyanat yayırlar – “Meşə yanğınları iqlim dəyişikliyinin Avropa üçün yaratdığı təhlükəni açıq şəkildə nümayiş etdirir”
İspaniya və Fransadakı meşə yanğınları iqlim dəyişikliyinin Avropaya yaratdığı təhlükəni aydın şəkildə nümayiş etdirir, – bu barədə Böyük Britaniya, İspaniya və Fransa hökumətlərinin birgə bəyanatında deyilib.
Madriddə keçirilən görüşdən sonra İspaniyanın xarici işlər naziri Xose Manuel Albares və onun britaniyalı həmkarı Ed Milibend bəyan ediblər ki, bu ilki meşə yanğınları və ekstremal istilər “iqlim böhranının nəticəsidir”.
“Bu ilki meşə yanğınları göstərdi ki, iqlim dəyişikliyi artıq Avropanın üzləşdiyi və həyat tərzimizə təhlükə yaradan milli təhlükəsizlik böhranına çevrilib”, – bəyanatda deyilib.
Bununla yanaşı, nazirlər planetin isinməsinə səbəb olan emissiyaları azaltmaq və ölkələrin iqlim dəyişikliyi şəraitinə daha yaxşı uyğunlaşmasını təmin etmək üçün daha aktiv daxili və beynəlxalq addımların atılmasına çağırırlar. Onlar həmçinin 2015-ci il Paris İqlim Sazişinə sadiqliklərini bir daha təsdiqləyiblər.