Böyük Britaniya İran və Rusiyaya qarşı sanksiyalar tətbiq edib

20:19, 10.09.2024

 
Böyük Britaniya İran və Rusiyaya qarşı sanksiyalar tətbiq edib. “BBC”nin yazdığı kimi, Rusiya və İrana qarşı sanksiyalar rejimləri çərçivəsində Britaniyanın dırnaqarası qara siyahısında on yeni qeyd ortaya çıxdı, o cümlədən Rusiyanın Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edilib. Həmçinin, Rusiyanın 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi və Hərbi Nəqliyyat Aviasiyasının Komandanlığı siyahıya daxil edilib.

Rusiyanın 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi Rusiya ordusuna Ukraynaya hücumlar üçün də istifadə edilən dronların tədarükünə cavabdehdir.

Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi həmçinin Rusiyaya raket tədarükünə cəlb olduqlarını dedikləri bir neçə iranlı şəxsə, o cümlədən İranın tərəfdaş ölkələrə müdafiə məhsullarının ixracına rəhbərlik edən iranlı general Seyid Hamze Ğalandariyə qarşı konkret sanksiyalar elan edib.

Məlumat üçün bildirək ki, bundan əvvəl ABŞ dövlət katibi İranın ballistik raketləri Rusiyaya verdiyini təsdiqləyib. Vaşinqtonda cavab olaraq İrana qarşı sanksiyalar tətbiq olunacağını və bu barədə Ağ Evin bu gün bəyan edəcəyini bildirirlər. Böyük Britaniya, Fransa və Almaniya İran tərəfindən Rusiyaya ballistik raketlərin verilməsini pisləyiblər.

Oxşar