Böyük Britaniya Hörmüz boğazına hərbi gəmi göndərir. Bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Nazirliyin bəyanatına görə, Kral Hərbi Dəniz Qüvvələrinə məxsus HMS Dragon tipli gəmi minatəmizləmə əməliyyatlarında iştirak edir və gəmiləri ciddi müdafiə planı çərçivəsində qoruyacaq.
“İlkin yerləşdirmə planı, şərait imkan verdiyi zaman Böyük Britaniyanın Fransa ilə birlikdə birgə rəhbərlik altında yaradılmış çoxmillətli koalisiya çərçivəsində boğazın təhlükəsizliyini qorumağa hazır olmasını təmin edir”, – nazirlikdə bildiriblər.