Böyük Britaniya hökuməti “İmedi” və “POST TV” telekşirkətlərini sanksiyalara məruz qoyub
Böyük Britaniya “İmedi” və “Post TV” telekşirkətlərini sanksiyalara məruz qoyub. Böyük Britaniya hökumətinin dərc etdiyi məlumata görə, “İmedi” və “POST TV” teleşirkətləri Rusiya dezinformasiyasının yayılmasında iştirak edirlər.
Sanksiyaların izahatında yazıldığı kimi, “Böyük Britaniyanın dövlət katibi hesab edir ki, “POST TV” və “İmedi”nin 2019-cu il Rusiya Sanksiyaları Qaydalarına uyğun olaraq “cəlb olunmuş şəxs” hesab edilməsi üçün ağlabatan əsaslar var: Rusiyanın Ukraynaya tammiqyaslı işğalı barədə qəsdən yanlış məlumat yayırlar. Sözügedən hərəkət Ukraynanı sabitsizləşdirən, Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sarsıdan və ya təhdid edən siyasəti və ya hərəkəti dəstəkləyir və ya təşviq edir. Xüsusilə, onlar müntəzəm olaraq Ukrayna hökuməti və Prezident Zelenskinin qeyri leqitim olduğunu, Ukraynanın Qərbin “marioneti” olduğunu, Ukraynanın korrupsiyalaşmış bir ölkə olduğunu və Ukraynanın və Qərbin Gürcüstanı sabitsizləşdirməyə çalışdığını iddia edən məzmun yayırlar.
Sanksiyalara aktivlərin dondurulması, direktorun vəzifədən kənarlaşdırılması və etibar xidmətlərinə qarşı sanksiyalar daxildir.