Böyük Britaniya hökuməti, bölgədə mövcud vəziyyətlə əlaqədar olaraq, İrandakı səfirliyinin əməkdaşlarını ölkədən çıxarıb
Böyük Britaniya hökuməti, bölgədə mövcud vəziyyətlə əlaqədar olaraq, İrandakı səfirliyinin əməkdaşlarını ölkədən çıxarıb. Bu barədə “Sky News” yazır.
Britaniya hökuməti səfirliyin uzaqdan fəaliyyət göstərməyə davam etdiyini bildirir.
“Mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq, biz addımlar atdıq və britaniyalı əməkdaşları müvəqqəti olaraq İrandan çıxardıq”, – hökumətin bəyanatında deyilib.
Bundan əvvəl ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi əməkdaşlara İsraili tərk etmək istəyən hər kəsin dərhal ölkəni tərk etməsi barədə bildiriş göndərdi. Bununla yanaşı Çin öz vətəndaşlarını İrana səyahət etməkdən çəkinməyə çağırıb.