Böyük Britaniya hökuməti aviaşirkətlərə aviasiya yanacağına qənaət etmək məqsədilə yay mövsümündə reysləri ləğv etməyə və ya birtərəfli reysləri birləşdirməyə icazə verib
Böyük Britaniya hökuməti aviaşirkətlərə aviasiya yanacağına qənaət etmək məqsədilə yay mövsümündə reysləri ləğv etməyə və ya birləşdirməyə icazə verib.
Xüsusilə, yeni qanunvericilik aviaşirkətlərə gündə bir neçə dəfə eyni istiqamətdə həyata keçirilən reysləri birləşdirməyə imkan verəcək.
Bununla yanaşı, reyslərin ləğvi uçuşdan ən azı iki həftə əvvəl həyata keçirilməlidir ki, sərnişinlərə alternativ marşrutları seçmək imkanı verilsin.
Əgər biletlərin əhəmiyyətli hissəsi satılmazsa, yarıboş təyyarələrin uçuşunun qarşısını almaq üçün bu cür reyslərin də ləğv edilməsi mümkündür.
Məlumat üçün bildirək ki, Yaxın Şərqdə davam edən münaqişə Avropada aviasiya yanacağının çatışmazlığı riskini artırıb, çünki onun əhəmiyyətli hissəsi Yaxın Şərqdən ixrac olunur.