Böyük Britaniya Bolqarıstana “Lukoil” şirkətinə qarşı tətbiq olunmuş sanksiyaları müvəqqəti olaraq dayandırıb ki, ölkədəki yeganə neft emalı zavodu fəaliyyət göstərsin
Böyük Britaniya Bolqarıstana Rusiyanın “Lukoil” neft şirkətinə qarşı tətbiq olunmuş sanksiyaları müvəqqəti olaraq dayandırıb ki, ölkədəki yeganə neft emalı zavodu fəaliyyət göstərə bilsin. Bu barədə “Reuters” məlumat yayır.
Britaniya, Bolqarıstanda yanacaq satışi ilə məşğul olan və ölkənin yeganə neft emalı zavodu olan Burqas zavodunu idarə edən “Lukoil”in iki şirkətinə lisenziyalar verib.
Lisenziyalar 2026-cı il fevralın 14-dək şirkətlərə bu iki müəssisə və onların törəmə şirkətləri ilə əməliyyatlar aparmağa imkan verir.
“Reuters”in yazdığına görə, Bolqarıstan ABŞ-a da müraciət edib ki, “Lukoil”ə qarşı tətbiq olunmuş sanksiyalardan azad etsin.
ABŞ-ın “Lukoil” şirkətinə tətbiq etdiyi və 21 noyabrda qüvvəyə minəcək sanksiyalar Bolqarıstanda narahatlıq yaradıb. Onların izah etdiyi kimi, bunun nəticəsində Burqas şəhərində neft emalı zavodunun bağlanması baş verə bilər.