Borcomidə, 150 məcburi köçkün ailəsi üçün müasir standartlara uyğun yaşayış binası tikilir
Borcomidə, 150 məcburi köçkün ailəsi üçün müasir standartlara uyğun yaşayış binası tikilir

Borcomidə, 150 məcburi köçkün ailəsinin yerləşdirilməsi məqsədi ilə müasir standartlara uyğun yaşayış binası tikilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, yeni tikilən binada tam təmir olunmuş mənzillər Borcomi munisipalitetində “kompakt yaşayış” binalarında, qeyri-uyğun şəraitdə yaşayan məcburi köçkün ailələrinə veriləcək.

Tikinti büdcəsi 15 374 192 laridir. Tam yaşayış mühitinin yaradılması məqsədi ilə layihədə xarici infrastrukturun təkmilləşdirilməsi də nəzərdə tutulub.

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Giorgi Tsaqareişvili və Məcburi Köçkünlər Agentliyinin direktoru Davit Kaikatsişviliyə tikinti işlərinin gedişi barədə məlumat verilib.

Borcomi ilə paralel olaraq daha üç şəhərdə – Tbilisi, Zuqdidi və Rustavidə məcburi köçkün ailələri üçün yaşayış kompleksləri tikilir.

Bu barədə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayır.