Borcomi-Baği-Tba-Tsemi yolunun 5,5 km-lik hissəsinin reabilitasiyası başa çatıb
Borcomi-Baği-Tba-Tsemi yolunun 5,5 km-lik hissəsinin reabilitasiyası başa çatıb

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, daxili dövlət əhəmiyyətli Borcomi-Baği-Tba-Tsemi yolunun 5,5 km-lik hissəsinin bərpası işləri başa çatıb.

Yenilənmiş hissə Borcomi bələdiyyəsinin Sadqeri, Tba və Tsemi kurort kəndlərinə xidmət göstərir və əsasən yaşayış məntəqələrindən keçir ki, bu da yerli əhali və turistlər üçün təhlükəsiz və rahat yol infrastrukturunun təşkilini xüsusilə vacib edir.

“Layihə çərçivəsində yolun texniki parametrlərinin yaxşılaşdırılması, hərəkət hissəsinin reabilitasiyası və genişləndirilməsi, suötürücü arxların, boruların və digər süni qurğuların bərpası və tikintisi həyata keçirilib. Əhalinin həyətlərinə girişlər və yerli yollarla birləşmələr abadlaşdırıldı. Həmçinin avtobus dayanacağı quruldu, yolun hərəkət hissəsi nişanlandı və yol nişanları quraşdırıldı.

Yenilənən yol kəndlərdə yaşayan ailələrin şəraitini xeyli yaxşılaşdıracaq.

Layihə dövlət büdcəsindən maliyyələşdirilib və onun dəyəri 5,2 milyon lari təşkil edir.

Borcomi–Baği–Tbia–Tsemi yolunun genişmiqyaslı, əsaslı reabilitasiyasını Avtomobil Yolları Departamenti 2022-ci ildə həyata keçirdi və bu çərçivədə 6.5 km-lik hissənin yenilənməsi başa çatdı”, – Avtomobil Yolları Departamentinin bəyanatında deyilir.