Boris Pistorius – Tramp-Putin telefon danışığından sonra Ukraynanın mülki infrastrukturuna hücumlar azalmayıb, Putin oyun oynayır
Putinin Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı razılaşması heç nə demək deyil. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
“Mülki infrastruktura hücumlar, ehtimal olunan, qətiyyətli və möhtəşəm telefon danışığının ilk gecəsindən bəri azalmayıb. Putin burada oyun oynayır və əminəm ki, Amerika prezidenti uzun müddət buna səssiz qala bilməyəcək”, – Pistorius qeyd edib.
Məlumat üçün bildirək ki, Kreml ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığından sonra rəsmi açıqlama yayıb. Kremlin məlumatına görə, Vladimir Putin Trampın Ukraynanın enerji obyektlərinə zərbələrin 30 gün müddətinə dayandırılması barədə təşəbbüsünü dəstəkləyib və artıq Rusiya hərbçilərinə müvafiq əmr verib.