Boris Pistorius NATO-dakı mövcud vəziyyəti "20 illik evlilikdən sonrakı böhran"a bənzədib
Boris Pistorius NATO-dakı mövcud vəziyyəti "20 illik evlilikdən sonrakı böhran"a bənzədib

Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-dakı mövcud vəziyyəti 20 illik evlilikdən sonrakı böhranla müqayisə edib.

Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-dakı mövcud vəziyyəti 20 illik evlilikdən sonrakı böhranla müqayisə edib.

Müqavilədə nəzərdə tutulduğu kimi, NATO üzvlərindən birinə hücum ediləcəyi təqdirdə ABŞ-ın ittifaqa kömək edəcəyinə hələ də inanmaq olarmı?’ sualına Pistorius “uzun illərdir evli olanların etimad və uzaqlaşma böhranı ilə üzləşdikləri” cavabını verib.

Onun dediyinə görə, hazırda yalnız iki variyant var – qaçmaq və ya münasibətlər uğrunda mübarizə aparmaq.

“Qeyri-adi bir müqayisə aparım. 20 ildir evli olan insanlar müəyyən bir məqamda böhran, etibar böhranı, ya da uzaqlaşma böhranı yaşaya bilərlər. Və ya onların həyat görüşləri və prioritetləri dəyişə bilər. Sonra, sadə dillə desək, iki insani, instinktiv impuls yaranır: qaçmaq və ya mübarizə”, – deyə Almaniyanın müdafiə naziri RND-yə verdiyi müsahibədə bildirib.

Bununla yanaşı, Boris Pistoriusun bildirdiyinə görə, NATO-nun birliyini görür və ABŞ-ın ittifaqdan çıxmaq niyyətində olmadığını qeyd edir.

Onun dediyinə görə, bu müzakirələrdən yalnız Rusiya prezidenti Vladimir Putin faydalanır.

“Yeri gəlmişkən, bu müzakirələrdən faydalanan yeganə şəxs Putindir”, – deyə Boris Pistorius bildirib.