Boris Conson – biz məhz indi Ukraynanın Rusiyaya zərbə vurmalı olduğu anı görürük

20:49, 24.08.2022

 

Biz məhz indi Ukraynanın Rusiyaya zərbə vurmalı olduğu anı görürük- deyə Böyük Britaniyanın fəaliyyətdə olan baş naziri Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə keçirilmiş mətbuat konfransında bildirib.

“Ukrayna xalqının fədakarlığı sayəsində Rusiyanın Donbasdakı hücumunun iflasa uğradığı indi aşikardır. Məhz indi, rusların artıq səndələməyə başladığı məqamda, dostlar onları vurmalı olduğunuz anı görürük” -deyə Conson bildirib.

Boris Conson Putinin qoşunlarının artıq yorulduğunu, itkilərinin fəlakətli şəkildə çox olduğunu, təchizat zəncirlərinin isə tükəndiyini bildirir.

“Fikrimcə indi kiçik barışıq planı ilə çıxmağın vaxtı deyil. Küçədə sizə hücum etmək istəyən, pul kisənizlə birlikdə canınızı almaq istəyən biri ilə danışıqlar apara bilməzsiniz. Ən əsası Ukraynanın ərazi bütövlüyünü bərpa etmək və qorumaqdır”- deyə Boris Conson bildirib.

Oxşar