Boliviyada hərbi təyyarə qəzasında ən azı 15 nəfər həlak olub, 30 nəfərədək şəxs yaralanıb
Boliviyada hərbi təyyarə qəzasında ən azı 15 nəfər həlak olub, 30 nəfərədək şəxs yaralanıb. Bu barədə „Sky News“ məlumat yayır.
Medianın məlumatına görə, Boliviya Hərbi Hava Qüvvələrinə məxsus Hercules C-130 tipli təyyarəsi paytaxt La Paz yaxınlığındakı El Alto şəhərində, izdihamlı magistral yola düşüb və avtomobillərlə toqquşub.
Boliviya Hərbi Hava Qüvvələrinin məlumatına görə, hələ də təyyarənin altı ekipaj üzvündən ikisini axtarırlar.
Yayılmış məlumata görə, Santa Kruz şəhərindən yeni əskinaslar daşıyan hərbi təyyarə qalxış zamanı uçuş zolağını keçib və magistral yola düşüb. Nəticədə təyyarə və hadisə zamanı yolda olan ən azı 15 avtomobil zədələnib.
Hərbi təyyarənin qəzaya uğramasından sonra magistral yolda səpələnmiş pulları toplamaq məqsədilə hadisə yerinə yüzlərlə insan toplandı, bu da xilasedici işlərə manə oldu.
500-dən çox əsgər və 100 polis xalqı dağıtmaq üçün təzyiqli sudan istifadə edib.