Bolqarıstanın baş naziri bəyan edir ki, Rusiya və Türkiyə "türk axınını" Bolqarıstan istiqaməti ilə davam etdirməyə hazırdılar
Bolqarıstanın baş naziri bəyan edir ki, Rusiya və Türkiyə "türk axınını" Bolqarıstan istiqaməti ilə davam etdirməyə hazırdılar

Rusiya və Türkiyə “türk axını” qaz kəmərini Bolqarıstan istiqaməti ilə davam etdirməyə hazırdılar, – bu barədə Bolqarıstanın baş naziri, Boyko Borisov Moskvaya səfəri zamanı bəyan etdi. Onun dediyinə görə, Bolqarıstan “Qazprom” ilə danışıqalar aparır.

Öz növbəsində, Rusiya prezidenti Vladimir Putin bəyan etdi ki, Bolqarıstanı keçərək “türk axını” qaz kəmərinin Avropaya çatdırılması  mümkünlüyü müzakirə olunur.

Vladimir Putin həmçinin qeyd etdi ki, Rusiya, Bolqarıstanda atom elektrik stansiyasının tikintisində yenə də iştirak etməyə hazırdır.

Bundan başqa, Rusiya prezidenti Azərbaycanda “Cənub Qaz Dəhlizinin” açılışına da əks səda verdi və bəyan etdi ki, Moskva, Avropa İttifaqına təbii qazın çatdırılmasının diversifikasiyasını alqışlayır.