Stiven Biqan - Gürcüstan bölgədə liderdir, ondan demokratik idealların inkişafını gözləyirik, oktyabr seçkiləri bu istiqamət üzrə kritik mərhələ olacaq
Stiven Biqan - Gürcüstan bölgədə liderdir, ondan demokratik idealların inkişafını gözləyirik, oktyabr seçkiləri bu istiqamət üzrə kritik mərhələ olacaq

Gürcüstan bölgədə liderdir, ondan demokratik idealların inkişafını gözləyirik, oktyabr seçkiləri bu istiqamət üzrə kritik mərhələ olacaq, – bu barədə ABŞ dövlət katibinin müavini, Stiven Biqan “Gürcüstan və Qonşuluq” adlı hərillik konfransda bəyan etdi.

“Bizim demokratiyaya qarşı sədaqətliyimiz hər şeydən öncə durur, Gürcüstan bir çox istiqamət üzrə liderdir və partnyorumuzdan demokratik idealların inkişafını gözləyirik. Cari ilin oktyabr seçkiləri bu istiqamət üzrə kritik mərhələ olacaq.

İqtisadiyyat istiqaməti üzrə, ABŞ Gürcüstan ilə birlikdə işini davam etdirəcək ki, xarici sərmayələr cəlb olunsun. Gürcüstanın coğrafi yerləşməsi nadirdir ki, Asiya və Avropa arasında birləşdirici nəqliyyat ticarət habı olsun.

Cənubi Qaz Dəhlizi layihəsinin başa çatması bu ambisiyaların dərinləşdirilməsi olacaq”, – Stiven Biqan bəyan etdi.