Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir
Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bolqarıstanda son beş ildə səkkizinci növbədənkənar parlament seçkiləri keçirilir.

Seçkilər öncəsi aparılan sorğulara əsasən, 35%-lik dəstəklə “Proqressiv Bolqarıstan”ın lideri, sabiq prezident Rumen Radev ön sıradadır. O, avroskeptik mövqe sərgiləyir və eyni zamanda Ukraynaya hərbi dəstəyə qarşı çıxır.

O, yanvarda prezident vəzifəsindən istefa verdi və dekabrda kütləvi etirazlar fonunda əvvəlki hökumətin istefasından sonra keçirilən növbədənkənar seçkilərə qatıldı.

Seçkilərdə mandat qazanmaq üçün daha doqquz partiya da mübarizə aparır.