Bolqarıstanda, EMKO döyüş sursatları zavodunda bir neçə partlayış baş verib, əməkdaşların təxliyəsi həyata keçirilir

16:40, 10.08.2026

Bolqarıstanda, Belitsa kəndində yerləşən EMKO hərbi döyüş sursatları istehsalı zavodunda bir neçə partlayış baş verib. Məlumatı Bolqarıstanın Daxili İşlər Nazirliyi təsdiqləyir.

Trian bələdiyyəsinin meri Denço Minevin bildirdiyinə görə, əvvəlcə zavodun ərazisində yük avtomobilində yanğın baş verib, bu da bir neçə anbarda partlayışa səbəb olub.

Yayılan məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda zavoddan təxminən 300 işçi təxliyə olunur.

Trianın meri əhaliyə pəncərələri bağlamağı, qoruyucu maskalardan istifadə etməyi və çölə çıxmaqdan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, partlayışlar nəticəsində zavodun ərazisində qaz sızması və havanın çirklənməsi riski mövcuddur.

Hadisə yerində havanın keyfiyyətini yoxlamaq üçün ətraf mühitin mühafizəsi üzrə müvafiq qurumların qrupları da yola düşür.

 

Oxşar