Bolqarıstan Avrozonanın 21-ci üzvü oldu, milli valyuta leva avro ilə əvəz olundu
Bolqarıstan Avrozonanın 21-ci üzvü oldu və milli valyuta leva avro ilə əvəz olundu, – bu barədə “Reuters”yazır.
Bolqarıstan 2026-cı ilin yanvarın 1-dən tədricən Bolqarıstan valyutası kimi levini avro ilə əvəz edəcək.
Bolqarıstan yeni valyutanın qəbulu ilə yanaşı, Avropa Mərkəzi Bankının İdarəetmə Şurasında yer alacaq.
Bolqarıstanın avrozonaya qoşulması ilə Avropada yaşayanların sayı 350 milyonu keçəcək. Son mərhələdə, 2023-cü ilin yanvar ayında Avrozonaya Xorvatiya qoşuldu.
Avropa İttifaqının 27 ölkəsindən yalnız altısı avrozonadan kənarda qalıb: İsveç, Polşa, Çexiya, Macarıstan, Rumıniya və Danimarka.