Avroviziya Mahnı Müsabiqəsinin qalibi Bolqarıstan təmsilçisi oldu. O, 516 xal topladı.
Müvafiq olaraq, Avroviziya Mahnı Müsabiqəsinin növbəti ev sahibi ölkəsi Bolqarıstan olacaq.
Müsabiqənin qaydalarına əsasən, final şousunun qalibi tamaşaçıların və münsiflər heyətinin səsləri ilə müəyyən edildi.
Nəticələr isə belədir:

Avroviziya 2026-ın finalında 25 ölkə çıxış etdi: Danimarka, İsrail, Belçika, Albaniya, Yunanıstan, Ukrayna, Avstraliya, Serbiya, Malta, Çexiya, Bolqarıstan, Xorvatiya, Moldova, Finlandiya, Polşa, Litva, İsveç, Kipr, Norveç, Rumıniya. Bununla yanaşı, “Böyük Dördlük” ölkələri – Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və ev sahibi Avstriya finala birbaşa vəsiqə qazandılar.
Gürcüstanı bu il Avroviziyada “On Replay” mahnısı ilə “Bzikebi” qrupu təmsil edirdi.
Gürcüstandan münsiflər heyətinin ən yüksək qiyməti – 12 xal Fransaya verildi.
Gürcüstandan münsiflər heyətinin xalları növbəti şəkildə bölüşdürüldü:
Gürcüstandan olan tamaşaçı xallarına gəlincə isə, ən yüksək – 12 xalı Ukrayna, ən aşağı xalı isə Finlandiya aldı. Digər ölkələrin xalları növbəti şəkildədir:
70-ci Avroviziya mahnı müsabiqəsinə Avstriyanın paytaxtı Vyana ev sahibliyi edirdi.